Mayın 19-da Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyasına (RF) rəsmi səfər edəcək.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, mayın 20-də baş nazirin, habelə nümayəndə heyətinin Rusiya Federasiyası hökumətinin sədri M.V.Mişustinlə və hökumət üzvləri ilə görüşü keçiriləcək.