Əfqanıstan parlamentində spikerliyə görə dava düşdü (VIDEO)

Əfqanıstan parlamenti

Əfqanıstanda millət vəkilləri bir həftədir davam edən çəkişmə və dava-dalaşdan sonra parlamentin aşağı palatası spikerinin kürsüsünü sındırıblar.

Beləliklə spiker vəzifəsinə seçki zorakılıqla başa çatıb.

Videoda Volesi Cirqa palatasının hiddətlənmiş üzvlərinin spikerin kürsüsünə dırmanması və nəhayət masanı aşırması görünür.

Deputatlar iyunun 19-da biznesmen Mir Rahman Rahmaninin spiker postunu tutmasının qarşısını almaq istəyirdilər.

Bundan bir gün əvvəl, iyunun 18-də Rahmani spiker seçilmişdi. Lakin bu nəticə rəqib namizədlərdən biri -Kamal Nasir Osulinin tərəfdarlarını narazı salmışdı.

Əfqanıstanda 2018-ci ilin parlament seçkisində də bir çox qalmaqal və dava-dalaşlar olmuşdu.

Ötən ilin oktyabrında keçirilmiş seçkinin nəticələri yalnız bu ilin mayında müəyyənləşib.

O vaxtdan bəri Əfqanıstan parlamentinin aşağı palatası spiker seçməyə cəhd göstərir. Lakin namizədlər arasındakı fikir ixtilafları hələki buna yol vermir.