Ermənistan ilk dəfədir ki, vətəndaş gününü qeyd edir (Video)

Ermənistan aprelin 27-də ilk dəfədir ki, “Vətəndaş günü”nü qeyd edir.

Aprelin 27-də bu münasibətlə bütün Ermənistanda küçə mərasimləri keçirilir.

Pashinyan Yerevanın mərkəzinə doğru gedərkən Maştots prospektində kabab çəkən bir qrup adama rast gəlib və əlinə şiş götürərk onlara qoşulub.

Sizin brauzer HTML5-i dəstəkləmir

Pashinyan Yerevanın mərkəzində kabab çəkdi

Ətrafdakılardan biri deyib ki, kabab Ermənistandakı inqilabın rəmzinə çevrilib.

Paşinyansa deyib ki, bu ənənəi qoruduğunuza görə çox sağ olun: “Mən də belə bir şey demək istəyirdim, amma fikirləşdim ki, lazım deyil.Odur ki, kim kabab bişirmək istəyirsə qoy bişirsin. Düzü bunu mən də istərdim, amma bilirsiz da məhdudiyyət var”, deyə o vurğulayıb.

Paşinyan bundan əvvəl özünün Feysbuk səhifəsində xalqı qələbə münasibətilə təbrik edib: "Əziz həmvətənlərim sizi "Vətəndaş hünü" münasibətilə təbrik edirəm. Siz qalib gəldiniz, həmişə də qalib gələcəksiniz", deyə o, vurğulayıb.

Qeyd edək ki, 1 il əvvəl Pashinyanın başçılıq etdiyi etiraz hərəkatı nəticəsində baş nazir Serzh Sarkisian istefa verməli oldu.

Sarkisian həmin vaxt 2 prezidentlik müddətindən sonra yenidən baş nazir kimi hakimiyyətdə qalmaq istəyirdi.

Paşinyanın təşəbbüsü ilə qəbul edilmiş qanuna əsasən hər il aprelin son şənbə günü “Vətəndaş günü” kimi qeyd olunacaq.