Zəlzələ olub 

Bu gün, fevralın 5-də zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində zəlzələ qeydə alınıb:

“Zəlzələ Azərbaycanın sərhəd rayonlarında Qazax, Tovuz, Gədəbəy və Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub”

Həllik, təlafat və dağıntı haqqında məlumat yoxdur.