-
İran mediası yazır ki, Tehranın kənarında dağda fransalı turisti zorlayan 4 əfqanın məhkəməsi başlayıb.
Mehr xəbər agentliyi deyib ki, 24 yaşlı qadın turist 2015-ci ilin sentyabrında Tehranın Farahzad rayonunda piyada gəzərkən 4 kişinin hücumu ilə üzləşib.
Qadın bildirib ki, onu 5-ci əfqan xilas edib. Qurbanın adı açıqlanmır.
Əfqanların qeyri-qanuni miqrant olduğu bildirilir.
Məhkəmə bağlı qapılar arxasında keçirilir.