Zərdabın üç kəndində sakinlər təhlükə gözləyir – Rəsmi qurum isə 'şişirdilib' deyir

Sizin brauzer HTML5-i dəstəkləmir

Zərdabın Kür çayı sahilində yerləşən Nəzəralı, Əlibəyli və Yastıyol kəndlərinin sakinləri təşviş içindədir. Suyun səviyyəsinin gündən-günə artması evləri sahil bəndinə yaxın olan sakinlərdə daşqın qorxusu yaradıb. Zərdab rayon İcra Hakimiyyəti daşqın təhlükəsi ilə bağlı yayılan görüntülərin bir hissəsinin həqiqətəuyğun olmadığını və şişirdildiyini bildirib.