Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda da hiss olunub

Zəlzələ

Noyabrın 13-ü saat yerli vaxtla 18:59 radələrində Türkiyə-İran sərhədində zəlzələ baş verib və Azərbaycanın Naxçıvan bölgəsində də hiss olunub.

Bu barədə Azərbaycan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Heydərabad stansiyasından 40 km cənub-qərbdə, Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb: "Zəlzələ Naxçıvan Muxtar Respublikası Sədərək, Şahbuz, Naxçıvan, Şərur rayonlarında 4-3 bala qədər hiss olunub".

Hələlik, dağıntı və tələfat haqqında bilgi verilmir.