Ukrayna da vətəndaşlıq verilməsini sadələşdirir

Ukrayna pasportu ,11 iyul , 2019

Ukrayna prezidenti Vladimir Zelenski, Kiyevlə dostluq münasibətləri olan ölkələrdəki etnik ukrainlərə ikili vətəndaşlıq verilməsi ilə bağlı mexanizm hazırlamağı göstəriş verib.

Bundan başqa öz ölkəsində hüquq və azadlıqların pozulmasından əziyyət çəkən şəxslərə vətəndaşlıq verilməsi sadələşdiriləcək.

Bu barədə Ukrayna prezident aparatının məlumatında bildirilir .

Zelenski bu təklifi, Rusiya prezidenti Vladimir Putinin Ukraynanın separatçı bölgələri olan Donetsk və Luqans sakinlərinə Rusiya vətəndaşlığı verilməsi barədə qərarından sonra verib.

Buna da bax: Putin indi də bütün Luqansk və Donetsk əhalisinə Rusiya pasportu təklif edir

Vladimir Putin Rusiya pasportlarının alınması prosedurunun sadələşdirilməsinin bütövlükdə Ukraynanın Luqansk və Donetsk əhalisinə şamil edilməsinə dair yeni fərman imzalayıb.

Bu o deməkdir ki, bundan sonra Rusiya pasportlarını sadələşdirilmiş qaydada təkcə moskvayönlü separatçıların nəzarətində olan ərazilərin deyil, bütövlükdə Ukraynanın iki vilayətinin əhalisi ala biləcək.

Ukrayna hökuməti bunu qanunsuz elan edib.

Həmçinin Kanada və Avropa Birliyi eyni bəyanatla çıxış ediblər.

Kiyev Moskvanın bu addımını beynəlxalq qanunların növbəti dəfə pozulması adlandırıb.