Ukrayna prezidenti Volodimir Zelenski Belarusun avtoritar lideri Aleksandr Lukaşenkoya sanksiyalar paketini açıqlayıb.
Zelenski deyib ki, Rusiya 2025-ci ilin ikinci yarısında zərbə dronlarını idarə etmək üçün Belarus ərazisində sistemlər yerləşdirib, bu da Rusiya ordusunun Ukraynanın şimal vilayətlərini vurmaq imkanlarını artırıb.
"Belarusun 3 mindən çox müəssisəsi Rusiyanın müharibəsinə xidmət edir, kritik kateqoriyaya aid texnika, avadanlıq və komponentlər tədarük edir. Raket istehsalı üçün komponentlər də bu sıradadır", – Zelenski Telegram kanalında yazıb.
Ukrayna prezidenti Belarusda "Oreşnik" ortamənzilli raketlər üçün infrastrukturun qurulduğunu, bunun təkcə ukraynalılar deyil, bütün avropalılara açıq təhlükə olduğunu bildirib.
"Aleksandr Lukaşenko artıq xeyli müddətdir ki, şəxsi hakimiyyətini uzatmaq üçün Belarusun suverenliyini ilə mübadilə edir, Rusiyaya bu təcavüzə görə qoyulmuş sanksiyalardan yayınmağa köməklik edir, Rusiya müharibəsini fəal şəkildə əsaslandırır. İndi də müharibənin genişlənməsində və uzadılmasında daha çox iştirak edir. Bunun xüsusi nəticələri olacaq”, – Zelenski bildirib. O, sanksiyaların qlobal təsir göstərməsi üçün Ukraynanın tərəfdaşlarla işləyəcəyini əlavə edib.