Bir aya 800-ə yaxın zəhərlənmə müraciəti olub

Sizin brauzer HTML5-i dəstəkləmir

İmişlidə kütləvi zəhərlənmə (Arxiv. 2018)

2023-cü ilin martında Bakıda Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 790 nəfər müraciət edib.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 139-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb: "Qəbul olan xəstələrdən 72-si dərmandan, 30-u sirkə turşusundan, 5-i dəm qazından, 10-u alkoqollu içkidən, 8-i qidadan (botulizm), 1-i göbələkdən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 8-i allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Onlardan 1-ni isə həşərat sancıb".

11 nəfər ölüb

Açıqlamaya görə, zəhərlənən şəxslərin 58-i qadın, 49-u kişi, 32-si isə uşaq olub: "Həkimlərin səylərinə baxmayaraq, 5-i sirkə turşusundan, 3-ü dərman zəhərlənməsindən, 1-i spirtli içkidən, 1-i dəm qazından, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 9-u kişi, 2-si qadındır".

Zəhərlənmədə aylıq artım var

Mərkəzdən bundan öncə verilən məlumata görə, onlara bu ilin fevralında isə zəhərlənmə ilə bağlı 739 nəfər müraciət edib. Onlardan 9-nun da vəfat etdiyi bildirilirdi.

Amma Mərkəz zəhərlənmə ilə bağlı illik statistika açıqlamayıb.