İbrahim Ləmbəranskiyə yeni vəzifə verildi

İbrahim Ləmbəranski

-

APA-nın məlumatına görə, Baş Prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilib.

İ. Ləmbəranski Pirallahı rayon prokuroru vəzifəsinə təyin edilib.

İlham Əliyev 2012-ci ildə Pirallahı rayonunun, 2013-cü ildə isə Pirallahı Rayon Prokurorluğunun yaradılması haqqında sərəncam imzalamışdı.

İbrahim Ləmbəranskinin adı “Quba hadisələri”, “NİDA”çıların işi, Leyla Yunus, Rauf Mirqədirovun işində tez-tez hallanırdı.

NİDA-çılar müstəntiq İbrahim Ləmbəranskinin ifadə zamanı onlara mənəvi təzyiq etdiklərini deyirdilər.

Buna da bax: Leyla Yunus İbrahim Ləmbəranskiyə qarşı. Polisin papağını atandan sonra L.Yunus vəzifəlilərə yaxınlaşır. İ.Ləmbəranski də onların arasındadır. (Video)

Sizin brauzer HTML5-i dəstəkləmir

L. Yunus: Məni heç tualetə də getməyə qoymadılar