Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub

Zakir Həsənov və Nadim Raza (Foto arxiv)

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə naziri Zakir Həsənov bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Nadim Raza ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb: "Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil, terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə ediblər".

Azərbaycan Müdafiə naziri Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistan səfəri dünən, martın 21-də başlayıb.

Bundan əvvəl Z.Həsənovu bu ölkənin Baş naziri İmran Xan qəbul etmişdi.