Müdafiə naziri BƏƏ-dəki həmkarı ilə görüşüb

Zakir Həsənov, arxiv foto

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu ölkənin müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əlbavardi Əl Flasi ilə görüşüb.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Görüş haqda geniş məlumat verilmir, sadəcə, maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldəğı qeyd olunur.