Afrikanın Sierra Leone-nin paytaxtı Fritaun şəhərində yük maşınının yanacaq daşıyan maşınla toqquşması nəticəsində ən azı 99 nəfər həlak olub.
Hadisə noyabrın 6-da baş verib.
Toqquşma güclü partlayışla nəticələndiyindən çoxsaylı insan təlafatından başqa yüzdən çox zərərçəkən şəhərin müxtəlif xəstəxanalarına və sağlamlıq mərkəzlərinə çatdırılıb.
Yanğından əvvəl yanacaq tankerindən ətrafa dağılıb. BBC xəbər verir ki, qəza insanların sıx olduğu yol kəsişməsində baş verib, buna görə də alov sonradan çoxlu insanı, avtomobilləri və binaları bürüyüb.
Şəhər meri Yvonne Aki Sawyer hadisə yerindən fotoları ürəkağrıdan adlandırıb. Prezident Julius Maada Bio belə faciəvi nəticələrdən və dəhşətli həyat itkisindən dərin təsirləndiyini söyləyib.
O, tvitində yazıb ki, hökumət zərər çəkmiş ailələrə kömək etmək üçün əlindən gələni edəcək.