Yoluxmada artım

İyulun 28-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 134 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 28-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 341 min 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 393-ü sağalıb, 5014 -ü vəfat edib, aktiv xəstə sayı 4526-ə yüksəlib.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11 min 058, ötən müddət ərzində isə ümumilikdə 4 milyon 3650 test aparılıb.

Son həftələr Azərbaycanda koronavirsa yoluxmada yeniden artim olduğu bildirilir.Dünən, iyulun 27-də 468, iyulun 26-da isə bu virusa 272 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.