Dekabrın 6-da deputat Yevda Abramovun vəfat etdiyi açıqlanıb. Bu barədə məlumatı onun deputat həmkarları da təsdiqləyib.
Y.Abramovun müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada vəfat etdiyi bildirilir. Deputatın bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunduğu qeyd edilirdi.
Yevda Abramov 1948-ci ildə Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. O, hakim Yeni Azərbaycan Partiyasında (YAP) təmsil olunurdu.
Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi.
Sizin brauzer HTML5-i dəstəkləmir
YAP-çı deputat məmur villaları haqda danışır