Yerevan meriyasında müxalifətçi xanım döyüldü - su üstündə

Sizin brauzer HTML5-i dəstəkləmir

Fevralın 13-də Yervan meriyasında müxalifətçi bələdiyyə üzvü xanım döyülüb. Marina Xaçatryan paytaxtda içməli suyun nə qədər çirkli olduğunu göstərmək üçün mer Taron Marqaryana qabda kanalizasiya suyu vermək istəyib. Hakim partiyanın iclasdakı təmsilçiləri isə buna imkan verməyib, onu əzişdiriblər.