Yerevanda polislə etirazçılar arasında toqquşma

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda iyulun 29-u gecə polis antihökumət mitinqini zorakılıqla dağıdıb. Polis nümayişçilərlə toqquşmada dəyənəklərdən, gözyaşardıcı qazlardan və səs qumbaralarından istifadə edib. Toqquşmalar zamanı 60 nəfərin xəsarət aldığı, 100-dək etirazçının həbs olunduğu xəbər verilir.