Yerevanda partlayış olub

İyulun 25-də Yerevandakı mağazalardan birində baş vermiş partlayış nəticəsində üç nəfər xəsarət alıb. Onlardan ikisinin durumu kritikdir.

“Şüşə dünyası” adlı mağaza-emalatxanada baş vermiş partlayışdan yanğın törəməyib.

AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytı yazır ki, partlayış baş verən mağazanın yanında qazdoldurma məntəqəsi yerləşir və buradan qaz kəməri keçir.

Ekspertlər partlayışın səbəblərini öyrənməyə çalışırlar.