Yerevan atəşkəsin pozulduğunu deyir. Bakı təkzib edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Yerevan və Bakı sakinlərinə eyni sual: Sülh sazişini necə görürlər?

Ermənistan sərhəddə atəşkəsin yenidən pozulduğunu bildirir. Noyabrın 21-də Yerevanın verdiyi məlumata görə, ötən gecə Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində Ermənistanın mövqelərinə atəş açılıb.

Ermənistan tərəfdə itki olmadığı, noyabrın 21-də səhər sərhəd boyunca vəziyyətin “nisbətən sabit” olduğunu bildirib.

Buna da bax: Azərbaycan prezidenti: 'Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilmədi'

Azərbaycanın Müdafiə Nazirliyi isə bu xəbərlərin tamamilə “yalan” olduğunu, “həqiqəti əks etdirmədiyini” qeyd edib.

2020-ci ildə 44 günlük müharibə bitəndən sonra tərəflər bir-birini atəşkəsi pozmaqda, sərhəd boyunca vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Yerevan ötən həftə sərhəd toqquşmaları nəticəsində azı iki erməni əsgərinin ciddi xəsarət aldığını bildirib.

Buna da bax: Separatçılar Bakı ilə birbaşa danışmaq istəmirlər

Xatırlatma

Sentyabrın ortasında sərhəd toqquşmalarında 300-dək hərbçi həlak olub. Bu, 2020-ci ilin 44 günlük müharibəsindən bəri ən çox ölümlə nəticələnmiş toqquşma idi.

Həmin müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Buna da bax: Ağdam və Xocalıda vəziyyətin yenidən gərginləşdiyi xəbər verilir

Həmin toqquşmalardan sonra Ermənistan-Azərbaycan sərhədinə Avropa İttifaqının mülki monitorinq missiyası yerləşdirilib. Oktyabrdan başlanan missiyanın iki ay çəkəcəyi bildirilir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Həmin münaqişə nəticəsində 30 minədək insan həlak olub.