Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 125 nəfər sağalıb.
Bu məlumatı iyulun 24 -də Nazirlər Kabineti yanında Operativ Qərargahdan yayıblar. Qurumdan verilən məlumata görə, son sutkada ölkədə koronavirusdan vəfat edən olmayıb.
Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 340 057 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 907-i sağalıb, 5002-i vəfat edib, aktiv xəstə sayı 3148-ə yüksəlib.
Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11 381, ötən müddət ərzində isə ümumilikdə 3 965 397 test aparılıb.
Son həftələr ölkədə bu virusa yoluxmada yenidən artım olduğu bildirilir. İyulun 22-də ölkədə qeydə alınan yoluxma sayının 212, dünən iyulun 23-də isə 371 olduğu açıqlanmışdı
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.