Yeni vergilər gəlir: 'İş yerlərini artırsınlar, sonra vergiləri artırarlar'
Sizin brauzer HTML5-i dəstəkləmir
Gələn ildən gözəllik salonları, kuryerlər və taksi sürücüləri üçün vergi yükü artırılır. Təklif olunan dəyişikliklər qüvvəyə minsə, bəzi sahibkarların ödənişi 5 dəfəyə qədər yüksələcək. İqtisadçılar bu addımın bahalaşmaya yol açacağını deyir, hökumət isə vergilərin güzəştli olduğunu bildirir.