İlkin məlumatlara əsasən bu gün, aprelin 7-də saat 12:27-də Zaqatala stansiyasından 43 km cənubda Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzi də məlumat yayıb.
Mərkəzin verdiyi məlumata görə, zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Yeraltı təkanların maqnitudası 4.4, dərinliyi isə 60 km olub. Dağıntı və təlafat haqqında, hələlik, bilgi verilmir.