Bəzi yerlərdə yağıntı gözlənir 

arxiv foto

Aprelin 7-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron və Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti proqnozlaşdırılır.

Aprelin 7-də Azərbaycanın bəzi rayonlarında da yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti təxmin edilir.