Yasamalda yanğın söndürüldü [video]

Bakı Yasamal

Avqustun 14-də Bakı Dövlət Universitetinin Yasamal rayonundakı yataqxanasında yanğın baş verib. Yanğın 9 mərtəbəli binanın 8-ci mərtəbəsində başlayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda Yasamalda binada yanğın

Videoda partlayış səsləri gəlir. O partlayan nədir? FHN-nin məlumatında bu barədə heç nə deyilmir. Ancaq ilkin irəli sürülən ehtimallarda bunun yanan şiferləriin səsi ola biləcəyi güman edilir. ​

15:40

Fövqəladə Hallar nazirliyi Yasamal rayonunda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb. Yanğın saat 14:23-də söndürüldüyü bildirilir:

«Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus yataqxana binasının dəhlizinə yığılmış taxta tullantıları 15 m² sahədə və eyvana yığılmış taxta tullantıları 4 m² sahədə yanıb. Yanğından yataqxana binasının digər otaqlar mühafizə olunub» - deyə məlumatda qeyd edilir.

Ancaq nazirlik yanğının nədən baş verdiyini açıqlamır. Üstəlik, məlumatda yataqxanada hazırda yaşayış olub-olmadığı da qeyd edilmir.

Adının çəkiməsini istəməyən bir yerli sakin Azadlıq Radiosuna deyir:

Sizin brauzer HTML5-i dəstəkləmir

Yerli sakin şübhələnir

15:50

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, yanğın 8 saylı yataqxananın 8-ci mərtəbəsində baş verib.

Mətbuat xidmətindən sonra bildiriblər ki, 5 kv/m ərazini əhatə edən yanğın həmin mərtəbəyə toplanmış və istifadə edilməyən taxtaların alışması nəticəsində baş verib.

Xəbərdə həmçinin qeyd edilib ki, yataqxanada hazırda yaşayış yoxdur. Yanğında xəsarət alanın da olmadığı açıqlanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Yasamal. Binada yanğın (qısa video)