Yaqlandın Bakı ilə əlaqələri olubmu? - Norveçdə Azərbaycanla bağlı çağırışlar var

Sizin brauzer HTML5-i dəstəkləmir

Norveç Helsinki Komitəsinin baş katibi Berit Lindeman AzadlıqRadiosuna müsahibəsində deyir ki, 10 il Avropa Şurasına rəhbərlik etmiş Torbörn Yaqlandın Azərbaycanla bağlı fəaliyyətinin, onun əlaqələrinin araşdırılmasına ciddi səbəblər var. O yada salır ki, "kürü diplomatiyası", avropalı deputatların rüşvətlə ələ alınması kimi hallar məhz Yaqlandın rəhbərliyi dövrünə təsadüf edir.