20 Yanvar faciəsindən 27 il ötür

Sovet qoşunu Bakıda - 1990

Bu gün Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 27-ci ildönümü qeyd edilir.

20 Yanvar hadisələri ilə bağlı ölkədə Ümumxalq hüzn günü elan olunub.
Gün ərzində minlərlə insanın- ölkə prezidentinin, dövlət, hökumət üzvlərinin, müxalifət partiyalarının, deputatların və diplomatik korpusun nümayəndələrinin Şəhidlər Xiyabanını ziyarəti gözlənir.

Bakıda Şəhidlər Xiyabanına gedən yollarda avtomobilin hərəkətləri məhdudlaşdırılıb, polis gücləndirilmiş iş rejiminə keçib.
XATIRLATMA

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

20 Yanvar əlili: 'Heç nəyə görə heyfslənmirəm'