Ukraynanın təhlükəsizlik xidməti mayın 29-u səhər saatlarında «Yandex Ukrayna»nın Kiyev və Odessadakı ofislərinə axtarışa gəlib. Məlumatı şirkətin mətbuat xidməti təsdiqləyib.
Ukraynanın təhlükəsizlik xidmətinin sözçüsü Olena Hitlyanska deyib ki, axtarış dövlətə xəyanət - ölkənin informasiya təhlükəsizliyinə xələl işi çərçivəsində aparılır.«Yandex» nümayəndəliyi isə axtarışın səbəbləri barədə heç nədeməyiblər.
Ukrayna prezidenti Petro Poroshenko mayın 16-da Rusiyanın “Vkontakte” və ”Odnoklassniki” sosial şəbəkələri, həmçinin Mail.ru, Yandex şirkətləri və onların xidmətlərinə qarşı sanksiya tətbiq edib.
Prezident Petro Poroshenkonun fərmanına əsasən sanksiya 3 illik tətbiq olunur.
Sansiyadan sonra «Yandex» öz mobil brauzerinə bloklamanı açmaq imkanı yaradıb.