Qiymət qalxıb, kəndli sevinir
Göyçayın Bığır kəndi öz narı və xurması ilə tanınır.
Akif dayı uzun illərdir həyətində xurma yetişdirib satmaqla məşğuldur və qış xərclərini xurmanın
hesabına çıxardığını deyir.
Ötən il bir sıra yeşik xurmanın qiyməti 2 manat idisə bu il 6-7 manat olacağını deyir Akif dayı.
Noyabr ayında yığılan xurmalar payızlıq sortudur və yığılıb evlərdə saxlanılır ki yetişsin.
Bu il məhsulu alverçilərə satmaq yox, bazara özü çıxarmaq istəyir kəndlilərin çoxu.
Bu il məhsul satanlar özləri meyvəni bazara gec çıxarıblar deyə qiymət də baha olacaq .
Akif dayı deyir ki, bu il məhsuldarlıq az olsa da qiymət daha yüksəkdi və sərfəlidir.
Bu il havalar daha tez soyuduğundan meyvələri də tez yığmalı olublar.
Meyvələr öncə yığılır və bir müddət sərilir, sonra isə yeşiklərə yığılıb satışa hazır qoyulur.
Kəndlilər düşünür ki, becərilən məhsulları hər il yaxşı qiymətə sata bilsələr heç öz kəndlərindən başqa yerə işləməyə də getməzlər.
Akif dayı deyir, bir az dəstək olsa daha çox içlər görərik və daha çox qazanc əldə edərik öz
həyətimizdəki məhsullardan.