Türkiyə vətəndaşı Xocavənddə minaya düşüb

Sizin brauzer HTML5-i dəstəkləmir

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'

İyulun 14-də Xocavənd rayonunun işğaldan azad edilmiş Tağavərd kəndində Türkiyə vətəndaşının idarə etdiyi ekskavator minaya düşüb.

Bu barədə Xocavənd rayon Prokurorluğundan məlumat verilib.

Tikinti şirkətində sürücü işləyən 35-yaşlı Yalpiri Yıldırayın müxtəlif dərəcəli bədən xəsarətlər aldığı bildirilir.

Faktla bağlı Xocavənd rayon Prokurorluğunda araşdırma aparılır.