Ağır yol qəzası olub

arxiv foto

Noyabrın 2-si gecə saatlarında Xızı rayonu ərazisində ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, “Mercedes” və “Lada” markalı iki minik avtomobilləri toqquşub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğrayan “Mercedes” markalı avtomobildən 1 , “Lada” markalı avtomobildən isə 3 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hazırda qəzanın səbəbi araşdırılır.

Son zamanlar Azərbaycanda yol qəzalarında ölüm hallarının artdığı bildirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 6 ayında ötən ilin analoji dövrü ilə müqayisədə yol qəzalarında ölüm sayları artıb.