Fəhlələr uçqun altında qalıb

Foto: arxiv

Xırdalanda dəyirmanın hasarının uçması nəticəsində iki fəhlə uçqun altında qalıb. Hər iki fəhlə aldıqları xəsarətdən vəfat edib.

Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, "Arient" MMC-yə məxsus dəyirmanın hasarı aşıb. Nəticədə 22 yaşlı Rəcəb Cavadov və 21 yaşlı Sadiq Mehdiyev uçqun altında qalaraq, ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanıb.