Dənizdən daha bir meyit tapılıb

Xəzər dənizi, dağılan platforma, həmin platformanın uçması nəticəsində 10 neftçi itkin düşüb, dekabr 2016

Martın 4-də «Azneft» İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında naməlum kişi meyiti tapılıb.

Xəbəri Fövqəladı Hallar Nazirliyi yayıb.

Tapılan meyitin ötən ilin dekabrın 15-də itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.

Məlumatda bildirilir ki, meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ətraflı məlumat veriləcək.

Dekabrın 15-də estakadanın uçması nəticəsində 10 neftçi dənizə düşüb. İndiyə qədər onlardan ikisinin meyiri tapılıb.