Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini təyin edilib. Habelə ona sərhədlər və Xəzər dənizi məsələləri üzrə Prezidentin xüsusi nümayəndəsi işinin həvalə edildiyi bildirilir.
X.Xələfov 1997-ci ildən 2018-ci ilin dekbarına kimi xarici işlər nazirinin müavini postunu tutub.
2018-ci ilin sonunda O, Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilmişdi.
Ekspertlər X.Xələfovun nazir müavini vəzifəsinə qayıtımasını Gürcüstanla sərhədlərdə delimitasiya və demarkasiya işlərinin aktuallaşdıırlması ilə əlaqələndirirlər. Delimitasiya sərhəddin yenidən müəyyən edilməsi, demarkasiya isə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xəttin (zolaq) çəkilməsidir.