Bazar günü gecə Sudanda nizami ordu ilə hökumətyönlü yarımhərbiləşdirilmiş qüvvələr arasında silahlı qarşıdurma davam edib.
Reuters agentliyi yerli mənbələrə istinadla qarşıdurmalarda ölənlərdən azı 56 nəfərinin mülki şəxslər olduğunu bildirir. Hələk olan hərbçilərin sayı isə məlum deyil.
Aprelin 15-də Sudanın paytaxtı Xartumda ordu ilə hökumətyönlü yarımhərbiləşdirilmiş "Çevik Dəstək Qüvvələri" arasında toqquşma olduğu bildirilir.
Yayılan məlumata görə, prezident sarayı və silahlı qüvvələr rəhbərinin iqamətgahı ələ keçirilib.
Həftənin əvvəlində "Çevik Dəstək Qüvvələri" səfərbərlik elan edib, hərbçilər bunu qanunsuz adlandırıblar. Reuters agentliyi Xartum və şəhərətrafı ərazilərdə atəş səsləri eşidildiyini yazır.
Buna da bax: Moskva Sudanda hərbi baza yaradır“Sürətli dəstək qüvvələri” onlara məxsus bazalarından birinin ordu tərəfindən mühasirəyə aldığını və ağır silahlardan atəşə tutulduğunu açıqlayıb.
Onlar hadisəni "qınaq edilməli olan kobud hücum" adlandırıblar. Təşkilat Xartum hava limanı, Al-Ubayyid və Meroe şəhərlərini ələ keçirdiyini iddia edir.
Qurum 2019-cu ildə Sudanın avtoritar prezidenti Ömər əl-Bəşirin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən hərbi çevrilişi müdafiə edib.
Yarımhərbi qurumun rəhbəri Məhəmməd Həmdan Daqalo ölkənin hakim Suveren Şurasının sədr müavini vəzifəsini tutur.
O, 2021-ci il çevrilişindən təəssüfləndiyini, amma hakimiyyətin mülki idarəçiliyə keçməsinin tərəfdarı olduğunu bildirib.
O da bildirilir ki, ordu "Çevik Dəstək Qüvvələri"nin yarımhərbi silahlı birləşməni silahlı qüvvələrə daxil etmək istəyir. O da bildirilir ki, aprelin 1-ə qədər yekunlaşmalı olan bu məsələ sonradan qeyri-müəyyən müddətə təxirə salınıb.
Buna da bax: CNN: Rusiya Sudandan gizli şəkildə qızıl daşıyır2022-ci ildə Rusiyaya səfər edən Daqalo Moskvanın Qırmızı dənizdə hərbi baza yaratmasını dəstəkləyib. Bazanın tikintisi 2019-cu il çevrilişindən az əvvəl Ömər əl-Bəşir tərəfindən razılaşdırılıb.
Rusiyanın hərbi qruplaşması olan "Vaqner" uzun müddətdir Sudanda fəaliyyət göstərir və bu qrupun yerli hərbçilərə təlim keçdiyi bildirilir.
AzadlıqRadiosunun rus xidməti-"Svoboda" yazır ki, bu həftə Sudanda "Vaqner"in qızıl mədəni ilə əlaqəli olan əməkdaşına qaçaqmalçılıq ittihamı irəli sürülüb.