Xankəndidə iş qurmaq istəyən köçkün: 'Təmirsiz, bərbad ev verirlər'

Sizin brauzer HTML5-i dəstəkləmir

Əslən Kəlbəcərdən olan keçmiş məcburi köçkün Sadiq Məmmədov Xankəndidə ailəsi ilə yaşamaq, iş qurmaq istəyir. Bir il əvvəl o, Xankəndidə telefon təmiri ilə məşğul olmaq üçün özü müraciət edib. Deyir, Xankəndidə kirayə üçün təmirli mənzillər olsa da, ona təmirsiz evdə yaşamaq təklif olunur.