Xamneyi İnqilab Keşikçiləri müşavirinin dəfnini idarə edib

Tehranda Seyid Razi Musəvinin dəfn mərasimi

İranın Ali dini rəhbəri Seyid Əli Xamneyi dekabrın 28-də İslam İnqilab Keşikçiləri Korpusunun aparıcı müşaviri Seyid Razi Musəvinin dəfn mərasimini idarə edib. İran Musəvinin Suriyada İsrailin hava zərbəsində öldürüldüyünü deyir.

Dəfnə yığışanlar Amerikaya, İsrailə qarşı şüarlar səsləndiriblər. Onlar İranın Nəcəf şəhərində dini məbədə yığışıblar.

İsrail ordusunun sözçüsü dekabrın 25-də Musəvinin ölümü haqda konkret şərh verməyib, ancaq onu deyib ki, ölkənin müdafiəsi üçün gərəkən addımı atıblar.

İsraillə HƏMAS radikal Fələstin qruplaşması arasında müharibə başlayandan İranın dəstəklədiyi qruplar İsrailə qarşı əməliyyatları gücləndirib, İraqda yaraqlılar daxil, digərləri isə ABŞ-ın maraqlarını təhdid ediblər.

ABŞ və Aİ HƏMAS-ı terrorçu qrup sayır.

İsrail illərdir Suriyada İrana bağlı saydığı hədəflərə hücumlar gerçəkləşdirib. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanda Tehran prezident Bəşər əl-Əsədi dəstəkləyib və bu ölkədə nüfuzu artıb.