Məzarları qürbətdə qalan Cümhuriyyət: asılmayan bayraq, dönməyən qurucular

Sizin brauzer HTML5-i dəstəkləmir

1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Cümhuriyyətinin qurucu üzvlərinin əksəriyyətinin məzarı xarici ölkələrdədir. Məhəmməd Əmin Rəsulzadə Ankarada, Fətəli xan Xoyski və Həsən bəy Ağayev Tbilisidə, Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəyli Parisdə, Əhməd Ağaoğlu, Xəlil bəy Xasməmmədov və Əli bəy Hüseynzadə isə İstanbulda dəfn olunublar. Onların cənazələrinin ölkəyə gətirilməsi barədə danışan Milli Məclisin deputatı Zahid Oruc bunun çətin və mürəkkəb bir proses olduğunu bildirir. Müsavat Partiyasının Məclis sədri Arif Hacılı isə hesab edir ki, ilk növbədə Cümhuriyyətin dəyərlərini Azərbaycana qaytarmaq lazımdır: "Bu gün Cümhuriyyətin qurulmasının 108-ci ildönümüdür. Amma Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında, küçələrdə üçrəngli bayrağımız nümayiş etdirilmir, asılmır".