-
Bölgələrdə 10 xalça istehsalı , Sumqayıtda isə əyirmə-boyama müəssisəsinin yaradılması nəzərdə tutulur.
Turan-ın xəbərinə görə, bu haqda İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında məlumat verilib.
Nazirliyinin mətbuat xidməti bildirir ki, “Azərxalça ” Açıq Səhmdar Cəmiyyətinin təşkili cədvəl üzrə gedir. Bu müəəsisələrdə 1700-ə yaxın iş yerinin açılması planlaşdırılır. Xalça istehsalı müəssisələrinin sayının gələcəkdə 30-a çatdırılması və 5000 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Məlumatda həmçinin, “Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət Proqramı” layihəsinin hazırlandığı bildirilir.
“Azərxalca” ASC 2016-cı il mayın 5-də təsis edilib.
Həmin gün president “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyini də ləğv etmişdi.
“Azərxalca” ASC-nin səhmlərinin 100 faizi dövlətə məxsusdur. Hələlik, Nazirlər Kabineti nizamnamə kapitalının həcmini müəyyən etməyib və o, dövlət qeydiyyatından keçməyib.
Buna da bax: Xalçalarına övladları kimi baxır
Sizin brauzer HTML5-i dəstəkləmir
Xalçalarına övladları kimi baxır
Möcüzəli xalça
Sizin brauzer HTML5-i dəstəkləmir
Möcüzəli xalça