Kosmonavt qadınlar haqqında qısa foto-tarixçə
İyunun 16-da kosmosa uçuşa hazırlaşan 34 yaşlı çinli kosmonavt Liu Yang.
49 il əvvəl - 1963-cü il iyunun 16-da da sovet kosmonavtı Valentina Tereşkova kosmosa gedən ilk qadın olmuşdu.
Valentina Tereşkova.
ABŞ kosmonavtı Neil Armstrong 1970-ci ildə Sovet təlim mərkəzinə gələrkən Tereşkova onun yaxasına ulduz taxır.
1961-ci ildə kosmosa uçan ilk insan olan Yuri Qaqarin və Tereşkova.
Tarixi uçuşundan bir həftə sonra Terehskova Moskvada keçirilən Dünya Qadın Konqresində nümayəndə kimi iştirak edir.
Sovet lideri Nikita Xuruşov (mərkəzdə) kosmonavtlar Tereşkova və Valeri Bıkovski ilə. 1963-cü il.
Sovet İttifaqı Qəhrəmanı elan edilmiş Tereşkova Sovet bloku ölkələrinin bir çoxuna səfər edib. Onun 1963-cü ildə o zamankı Çexoslovakiya paytaxtı Praqaya səfəri zamanı çəkilən foto.
1983-cü ildə sovet poçtu markalarında Tereşkova.
Tereşkovadan 19 il sonra - 1982-ci ildə sovet kosmonavtı Svetlana Savitskaya (mərkəzdə) kosmosa uçan ikinci qadın oldu. 1984-cü ildə isə o, açıq kosmosa çıxan ilk qadın oldu.
İndiyəqə qədər kosmosa gedən 500 nəfərdən 55-i qadın olub. Onların əksəriyyəti ABŞ kosmonavtlarıdır. Amma aralarında Britaniya, Rusiya, Kanada, Yaponiya və Fransadan olan qadınlar da var.
1983-cü ildə ABŞ kosmonavtı Sally Ride qeyri-sovet ölkəsindən olan ilk qadın kimi kosmosa çıxdı.
Amerikalı müəllimə Christa McAuliffe çəkisizlik şəraitində məşq edir. O, 1986-cı ildə "Challenger" kosmik gəmisinin qəzaya uğraması zamanı həlak oldu. Bu faciə televiziyalar uçuşu bütün dünyaya canlı yayan zaman
ABŞ-ın "Challenger" kosmik gəmisi havaya buraxılandan 73 saniyə sonra tüstülənməyə başladı. 1986-cı ilin 28 yanvarında baş vermiş qəzada 7 heyət üzvü həlak oldu.
ABŞ-ın keçmiş hərbi hava qüvvələri pilotu Eileen Collins 1999-cu ilin iyulunda kosmik şatl proqramının ilk qadın komandiri oldu.
Hindistan əslli amerikalı Kalpana Chawla (solda) və Laurel Clark ABŞ-ın "Kolumbiya" şatlında məşq edirlər. 2003-cü ilin yanvarında çəkilmiş bu şəkildən bir neçə həftə sonra uçuş zamanı həmin şatl qəzaya uğradı və bü
İran əslli amerikalı Anousheh Ansari 2006-cı ilin sentyabrında kosmosa gedən ilk qadın turist oldu.
Amerikalı Peggy Whitson (sağda) 2007-ci ildə "Discovery" şatlı Beynəlxalq Kosmik Stansiyaya enərkən. Whitson həmin stansiyada 377 gün qalaraq kosmosda ən çox vaxt keçirən qadın oldu.
Çinin qadın döyüş pilotu, 2009-cu ilin avqustu. Rəsmilər kosmonavtların da həmin pilotlar arasından seçildiyini deyirlər.
2009-cu ilin avqustunda Çinin Xalq Azadlıq Ordusu ilk dəfə qadın döyüş pilotlarını təqdim edir.
Çin rəsmiləri bildirirlər ki, yaşları 17 ilə 20 olan 200 000 təhsilli qızdan 35-i seçilərək pilot təlimlərinə cəlb olunub. Təlimlərdə həm də kosmik uçuşlar əhatə olunur.
İyunun 12-də kosmosa getməyə hazırlaşan Çinin qadın kosmonavtı Liu Yang-ın rəsmi fotosu.