Rusiya-Gürcüstan müharibəsindən fotolar

9 avqust, Rusiyanın bombardmanı altında olan Gürcüstanın Qori şəhəri.

5 avqust. Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsinə ən yaxında yerləşən hərbi mövqelərindən biri. 

Rusiyanın Gürcüstandakı səfiri Vyacheslav Kovalenko avqustun 6-da Cənubi Osetiya ilə sərhəddə Gürcüstanın sülhməramlı qoşunlarının komandanı ilə söhbət edir.

Gürcüstanın hərbi qüvvələri Cənubi Osetiyanın mərkəzi Tsxinvalini avqustun 8-də raket atəşinə tuturlar. Tbilisi bununla Rusiyadan bölgəyə gələn hərbi təxribatçıların qarşısını almağa çalışdığını deyir.

8 avqust. Cənubi Osetiyadan olan əsgər döyüş mövqeyində.

8 avqust. Tsxinvali ətrafından etnik gürcülər çıxarılır.

Qoridə Cənubi Osetiya yaraqlıları ilə döyüşdə yaralanmış Gürcüstan əsgəri.

9 avqust. Rusiyanın bombardmanı ilə Qoridə yandırılan yaşayış evlərindən biri.

Bombardmanla dağılan Qori küçələrindən biri. 

9 avqust. Gürcüstanın ehtiyat qüvvələri Qorinin mərkəzi meydanına toplaşır.

9 avqust. Tsxinvaliyə yaxınlaşan Rusiyanın hərbi karvanı. 

9 avqust. Qarşıdurma şiddətlənir. Cənubi Osetiyadan olan dinc sakinlər sığınacaq axtarırlar.

14 avqust. Tsxinvalidə yandırılmış Gürcüstan tankı.

22 avqust. Qoridə Rusiya tankları. Moskva yavaş-yavaş Gürcüstan ərazisindən geri Cənubi Osetiyaya doğru çəkilir.

23 avqust. Tsxinvali. Evinə dönən xanım xalçanı pəncərəsindən çölə çırpıb təmizləyir.