Vəkilləri 500 manatadək cərimələmək mümkün olacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

Yalnız varlılar üçün məhkəmə? Hansı məhkəmə rüsumları qalxa bilər? (Video arxiv)

Məhkəmə işə düzgün, tezliklə baxılmasına, onun həll olunmasına aşkar surətdə maneçilik törədən, dəfələrlə açıq-aşkar əsassız vəsatət, şikayətlər verən iştirakçı şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün, iyulun 9-da keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Mülki Prosessual Məcəlləyə edilən bu dəyişikliyi bəzi hüquqşünas və vəkillər tənqid edirdilər.