Hüquq müdafiəçiləri Vilayət Eyvazovla görüşüblər

Daxili işlər naziri Vilayət Eyvazov

Görüşdə həmçinin, Daxili İşlər Nazirliyindən  digər yüksək rütbəli şəxslər də  iştirak ediblər

Bugün, dekabrın 13-də Müdafiə Xətti hüquq-müdafiə təşkilatının nümayəndələrini daxili işlər naziri Vilayət Eyvazov qəbul edib.

Görüşdə həmçinin, Daxili İşlər Nazirliyindən digər yüksək rütbəli şəxslər də iştirak ediblər:

“Görüş zamanı polis-vətəndaş münasibətləri, aksiyalar zamanı polis əməkdaşlarının jurnalistlərlə və hüquq müdafiəçilərlə davranışı müzakirə olunub” - deyə hüquq müdafiəçiləri bildiriblər.

Görüşün konstruktiv keçdiyini qeyd edən təşkilatın nümayəndələri habelə deyiblər ki, məsələlərə dair təkliflər verilib, fikir mübadiləsi aparılıb.

Görüşlə bağlı nazirlikdən isə, hələlik, açıqlama almaq mümkün olmayıb.