Müharibə veteranları ilə görüş

arxiv foto

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında II Dünya Savaşının iştirakçıları ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qələbənin 71-ci ildönümü münasibətilə müdafiə naziri Zakir Həsənovun veteranlara təbrik məktubu oxunub. Sonra onların mükafatlandırılması və hədiyyələrin verilməsi mərasimi olub. Tədbirdə təşkilatın sədri Dadaş Rzayev onlara göstərilən diqqət və qayğıya görə, veteranlar adından dövlətə təşəkkürünü bildirib.

Hazırda Azərbaycanda 1237 veteranın yaşadığı bildirilir.