Qeyri-neft-qaz sektorunda vergi 90 milyon manata yaxın artıb. Səbəblər...

Sizin brauzer HTML5-i dəstəkləmir

Bu ilin ilk maaşından cibdə nə qədər pul qaldı? - Vergi güzəştlərinin ləğvi başladı

Son bir ildə Azərbaycanda ölkə büdcəsinə vergi daxilolmaları 9.27 faiz azalıb.

Rəsmi rəqəmlərə görə, bu ilin yanvarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 50.3 milyon manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 209.6 milyon manat və ya 9.27 faiz azdır.

Əvəzində ayrıca qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 88.9 milyon manat və ya 6.5 faiz artıb. Yanvarda bu sektordan daxilolmalar 1 milyard 467.1 milyon manat təşkil edib, büdcəyə proqnozdan əlavə 42.1 milyon manat ödənilib.

Vergilərin 71.6 faizi qeyri-neft-qaz, 28.4 faizi isə neft-qaz sektorunun payına düşüb. Ötən il isə bu nisbət fərqli idi – müvafiq olaraq, 61 və 39 faiz.

Xatırlatma

Son illər Azərbaycanda bir sıra sahələrdə vergi və rüsumlar artırılıb. Üstəlik, bu ildən etibarən 7 illik güzəşt ləğv edilərək özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunublar.

Ekspertlər bunun biznes və vətəndaşların güzəranına mümkün mənfi təsirlərindən narahatdırlar. Onlar deyir ki, bu il maaş və pensiyalarda artım vergi, rüsum, cərimə artımlarına adekvat deyil.