Vəkil Elvin Yusifov Ağsu Rayon Polis İdarəsində təzyiqə məruz qaldığı bildirilir.
Bu barədə Azadlıq Radiosuna məlumat verən vəkil deyib ki, o, dekabrın 20-də hüquqlarını müdafiə etdiyi şəxslə bir yerdə idarəyə gedib və orada təzyiqlə üzləşib:
"Müdafiə etdiyim şəxsin cinayət iş üzrə şübhəli şəxs qismində saxlanılmasının səbəbini soruşduğuma və həyətdə telefonla danışmağıma görə, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışam. Onlar qolumdan dartıblar, telefonumu əlimdən alıblar, sürüyə-sürüyə məni idarədən çıxarıblar".
Sizin brauzer HTML5-i dəstəkləmir
Bəxtiyar Hacıyev həbsdə qaldı
DİN təkzib edir
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Turan” İnformasiya Agentliyinə bildirib ki, polis orqanlarının inzibati binasına smartfon telefonlar daxil olmaqla, heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmir:
Bu qadağa, polis orqanında çalışan əməkdaşlarla yanaşı, müraciət üçün gələn, dəvət edilən, gətirilən, yaxud digər şəxslərin təhlükəsizliyindən irəli gəlir".
Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, fasiləsiz xidmət göstərən polis cinayət və ya digər hüquq pozuntuları törədən şəxsin tutulması, gətirilməsi üçün tədbirlər görür.
Hacıyev vəkilə təzyiq edilməsi ilə bağlı deyilənləri təkzib edib.