“Görüş yerini dəyişmək olmaz” dakı oğrubaşının rəfiqəsi vəfat edib

Sovet və Ukraynalı aktirisa Valeria Zaklunnaya

Kiyevdə sovet və ukrayna aktrisası Valeriya Zaklunnaya 75 yaşında vəfat edib.

O, Azərbaycan tamaşaçılarına “Görüş yerini dəyişmək olmaz” filmindəki oğru dəstəsinin başçısının rəfiqəsi Klavdia rolu ilə tanışdır.

Onun ölümü ilə bağlı məlumatı Lesi Ukrainki adına Kiyev Milli Akademik Rus Dram Teatrının rəhbərliyi verib.

Valeriya Zaklunnaya 1942-ci ildə Stalinqradda anadan olub, 1950-ci ildə Kiyevdə gələrək burda teatr üzrə oxuyub və o vaxtdan Lesi Ukrainki adına Kiyev Milli Akademik Rus Dram Teatrının aktrisası olub.

Zaklunnaya 1968-ci ildən kinoya çəkilməyə başlayıb. “Sibir qızı”, “Tale” filmlərində müxtəlif rollar oynayıb.