Deputat: 'Uşaqpulu tənbəllik yaradar' | Ata: 'Bunun üçün hər uşağa 2 min manat verilməlidir'

Sizin brauzer HTML5-i dəstəkləmir

Deputat Günay Ağamalının "uşaqpulu verilərsə, bu, valideynlərdə tənbəllik yarada bilər" açıqlaması son günlər cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Səkkizyaşlı əkiz qız atası Aqil Məhərrəmov mövcud iqtisadi şəraitdə övlad böyütməyin çətinliklərindən gileylənib. O, deputatın fikrinə ironiya ilə yanaşaraq bildirib: "Gərək hər uşağa iki min manat verilsin ki, insanda tənbəllik yaransın. Bu da real görünmür". İqtisadçı Akif Nəsirli isə məsələyə fərqli prizmadan yanaşıb. Ekspertin fikrincə, uşaqpulu kimi birbaşa sosial ödənişlərdə korrupsiya və mənimsəmə mexanizmləri qurmaq qeyri-mümkündür. Məhz bu səbəbdən bəzi dairələr uşaqpulunun cəmiyyət üçün faydasız olduğu rəyini formalaşdırmağa çalışır.