Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə verildi

Sizin brauzer HTML5-i dəstəkləmir

Xudatda özəlləşdirilib qapısı bağlanan bağça (2014)

Yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilir.

Bununla bağlı bu gün, dekabrın 20-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

İ.Əliyev düz 10 il əvvəl uşaq bağçalarının, əksinə, Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyəti orqanlarına verilməsi ilə bağlı sərəncam imzalamışdı.