Sərnişin təyyarəsini vuran iranlı hərbçi həbs edilib

İranda vurulan sərnişin təyyarəsiin qalıqları , 8 yanvar 2020

Ukrayna sərnişin təyyarəsini Tehran yaxınlığında vuran iranlı hərbçi hazırda həbsxanadadır. Bu məlumatı Almaniyanın "Spiegel" jurnalına müsahibəsində İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib. Amma nazir həmin hərbçinin kimliyini açıqlamayıb.

Buna da bax: Həlak olanların yaxınlarına yardım edəcək Kanada İrandan da belə addım gözləyir

Zarif müsahibəsində İrana məxsus sərnişin təyyarəsinin 1988-ci ildə ABŞ tərəfindən vurulması hadisəsini də xatırladıb və Amerikanın hələ də bu hadisəyə görə üzr istəmədiyini vurğulayıb.

Mohammad-Javad Zarif, arxiv foto

"Təxminən 32 il əvvəl ABŞ İranın sərnişin təyyarəsini vurub və bu günə qədər hələ də onlar bu hadisəyə görə rəsmi üzr istəməyiblər. Hətta təyyarənin vurulmasına cavabdeh olan zabit sonradan mükafatlandırılıb. Amma Ukrayna sərnişin təyyarəsini vuran İran hərbçisi indi həbsxanadadır" deyə nazir bildirib.

Buna da bax: İran İraqda ABŞ hərbçilərinin də olduğu bazalara raket zərbələri endirib

İran Amerika bazalarına zərbələr endirdiyi ərəfədə hava məkanını bağlanmaması ilə bağlı suala da cavab verib. O deyib ki,Tehran hərbi əməliyyatlar zonasında olmayıb.

"Biz İraqa qarşı 8 illik müharibə aparmışıq, o zaman da hava məkanı bağlanmadan müharibə davam edib" deyə Zarif vurğulayıb.

O, generel Soleimaninin öldürülməsindən sonra İraqdakı Amerika hərbi bazalarına raket zərbələri endirməsini də "İranın rəsmi hərbi cavabı " adlandırıb. "Raket zərbələri vurmaqla biz özümüzü qorumaq hüququndan istifadə etmişik" deyə nazir bildirib.

Xatırlama

Buna da bax: Ukrayna təyyarəsi Tehranda qəzaya düşüb,təyyarədə olanların hamısı ölüb

İran İnqilab Qvardiyasının elit qüvvələrə komandanlıq edən generalı Qasem Soleimani, Bağdad hava limanı yaxınlığında pilotsuz təyyarənin atdığı raket zərbəsi ilə öldürülüb. Hadisə yanvarın 3-də Soleimaninin təyyarə ilə Bağdada gəlişindən bir qədər sonra baş verib. Zərbə ABŞ prezidenti Donald Trumpın göstərişi ilə vurulub. Bu hadisədən 5 gün sonra, yanvarın 8-də İran ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirib. Zərbələr endirilən həmin gecə İran hərbçiləri Tehran hava limanından qalxan və içərisində 176 sərniçin olan Ukrayna təyyarəsini raketlə vurub. Tehran əvvəlcə təyyarənin İran hərbçiləri tərəfindən vurulduğunu təkzib etsə də iki gün sonra rəsmən etiraf edilib. İranın rəsmi televiziyasında verilən xəbərə görə, İran hərbçiləri sərnişin təyyarəsini ölkə ərazisinə atılan qanadlı raket hesab edərək atəş açıblar.